Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:38

Tunisdə törədilən hücumda 20 xarici turist ölüb


Foto arxiv
Foto arxiv

Martın 18-də Tunisin paytaxtında milli muzeyə edilmiş hücumda 20 xarici turist ölüb.

Bu barədə Tunis hökuməti məlumat yayıb.

Hakim dairələr bundan əvvəl 17 xarici turist, 3 tunisli və 2 yaraqlının öldüyünü bildirmişdi.

Ölkənin səhiyyə nazirliyi ölənlərdən 13-nün müəyyən edildiyini xəbər verir.

Onlardan 3-ü Yaponiya, 2-si İspaniya, 2-si Fransa,qalanları isə,Kolumbiya, Avstraliya,Britaniya, Belçika, Polşa və İtaliya vətəndaşlarıdır.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

XS
SM
MD
LG