Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 09:21

Əfv sərəncamının icrası başa çatıb


Bəşir Süleymanlı

Azərbaycanda növbəti əfv sərəncamının icrası artıq başa çatıb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanlar arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, “NİDA” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə və 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev də var.

XS
SM
MD
LG