Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:43

Pakistanda 34 yaraqlı öldürülüb


Foto arxiv

Pakistan hərbçiləri martın 18-də ölkənin şimal-qərbində, Əfqanıstan sərhəddinin yaxınlığında 34 yaraqlının öldürüldüyünü xəbər verirlər.

Məlumata görə, onlar hava zərbələri ilə öldürülüb.

Rəsmilərin sözlərinə görə, yaraqlılar Təhriki-Talibanvə Laşkari İslam qrupunun üzvləridir.

Pakistan taliblərinin lideri Maulana Fazlullahın həmin vaxt bu rayonda olduğu təxmin edilir.

Reutersin yerli mənbələrə istinadla verdiyi məlumata görə isə hava zərbələri nəticəsində 20 adam ölüb.

Onların sözlərinə görə yerli sakinlərin əksəriyyəti həmin rayonu tərk ediblər.

XS
SM
MD
LG