Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:53

Suriya Latakiya üzərində ABŞ dronunu vurduğunu bildirib


Predator pilotsuz təyyarəsi.

Suriya hərbiyyəsi xəbər verir ki, Bashar al-Assad-ın ölkənin qıərbindəki istehkamı olan Latakiya üzərində ABŞ-a məxsus pilotsuz təyyarəni vurub.

ABŞ rəsmiləri dronla rabitəni itirdiklərini təsdiq ediblər.

Bu xəbər doğrudursa, ABŞ-ın İslam Dövlətinə qarşı hava zərbələri başlanandan bəri ona aid təyyarə Suriya tərəfindən hücuma məruz qalıb.

Suriyanın Sana xəbər agentliyi yaydığı xəbərdə dronu “düşmən təyyarəsi” adlandırıb.

Bu arada Suriya müxalifəti hökumət qüvvələrinin ölkənin şimalındakı İdlib əyalətində kimyəvi silahla hücum etdiyini xəbər veriblər.

İki müxalifət qrupunun yaydığı məlumatda deyilir ki, təyyarədən atılmış iki kimyəvi bombanın 6 qurbanından üçü uşaqlardır.

Suriya hərbiyyəsi bu xəbəri “təbliğat” kimi təkzib edib.

XS
SM
MD
LG