Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 01:29

Deputatlar Nemtsova görə ayağa durmayıblar


Vladimir Zhirinovsky

Rusiyanın Dövlət Duması müxalifət lideri və keçmiş deputat Nemtsovun xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi təklifini rədd edib.

Təklifi verən deputat Dimitry Gudkov buna görə iclas zalını tərk edib.

Dumanın spikeri Sergei Naryshkin bununla bağlı səsvermə keçirilməsindən imtina edib və bildirib ki, Duma artıq Nemtsovun yaxınlarına başsağılığı verib.

Qatı millətçi Vladimir Zhirinovsky isə bildirib ki, deputatlar Duma şurasının qərarı və ya milli matəm günü ilə bağlı ayağa dura bilərlər.

Prezident Vladimir Putinin sərt tənqidçilərindən olan Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində qətlə yetirilib.

Bu qətldə şübhəli bilinən 5 nəfər saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG