Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:20

Nemtsovun qətli ilə bağlı daha 2 nəfərə qarşı ittiham irəli sürülüb


Tamerlan Eskerkhanov
Tamerlan Eskerkhanov

Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən daha s nəfərə qarşı ittiham irəli sürülüb.

Tamerlan Eskerkhanov qətldə əli olmaqda, Hamzat Bakaev isə qətl və qanunsuz silah saxlamaqda ittiham olunur.

Həmçinin Shakhid Gubashevə qarşı ittiham irəli sürülüb.

Bundan əvvəl yalnız keçmiş çeçen polisi Zaur Dadaev və Anzor Gubashevə qarşı rəsmi ittiham irəli sürülmüşdü.

Ümumilikdə Nemtsovun qətli ilə bağlı 5 nəfər həbs olunub.

Zaur Dadaev ilkin ifadəsində qətlədə əli olduğunu boynuna alsa da sonradan bu ifadədən imtina elədi və onu təzyiq aldında verdiyini dedi.

O ötən həftə hüquq müdafiəçiləri ilə görüşdə ona işgəncə verildiyini bildirdi.

Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində öldürülüb.

XS
SM
MD
LG