Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:00

Bashar Assad ABŞ-dan hərəkət gözlədiyini deyir


Bashar al-Assad

Suriya prezidenti Bashar al Assad bildirib ki, Dövlət katibi John Kerrynin münaqişəyə son qoyulması üçün Dəməşqlə danışıqlara getməyin gərəkliyini etiraf eləməsindən sonra ABŞ-dan hərəkət gözləyir.

O dövlət televiziyasına müsahibəsində qeyd edib ki, biz hələ də şərhlər eşidirik və indi hərəkətləri gözləməli, sonra isə həllə getməliyik.

İran Suriyanın regionda ən yaxın müttəfiqidir.

Kerry martın 15-də CBS televiziya kanalına müsahibəsində bildirib ki, Vaşinqton Suriyada siyasi keçid məsələlərini həll etmək üçün prezident Assadla danışıqlara getmək istəyir.

Qeyd edək ki, Vaşinqton bundan əvvəl prezident Assadın hakimiyyətdən getməsini təkid edirdi,amma Kerry bu dəfə onun legitimliyini itirməsi barədə standart bəyanatdan yan keçib.

O qeyd edib ki, biz bu münaqişəyə son qoymaq üçün sonda danışıqlara getməliyik.

5 ildir ki, davam edən Suriya münasqişəsində 220 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG