Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 03:58

Kerry və Zarif görüşür


John Kerry və Mohammad Javad Zarif, 2 mart, İsveçrə

-

Martın 16-da ABŞ Dövlət katibi John Kerry İranın xarici işlər naziri Mohammad Javad Zarif ilə İsveçrədə görüşərək İranın ziddiyyətli nüvə proqramı üzrə danışıqlar aparacaq.

Görüş Luzannada Bakı vaxtıyla səhər 11-də başlayır. İranın nüvə proqramı üzrə sazişin əldə olunması üçün qoyulan son tarix isə iki həftəyə bitir. Məqsəd İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyalara son qoyulmasıdır.

Yekun razılaşmanın əldə olunması üçün iyulun 1-dək vaxt qoyulub.

Amerika və İran diplomatları və texniki ekspertləri martın 15-də görüşüblər.

Zarif bu həftə qalan beş fövqəldövlətin – Britaniya, Fransa, Almaniya, Rusiya və Çin rəsmiləri ilə görüşəcək.

Kerry martın 15-də Misirdə deyib ki, razılaşmanı yubadan texniki deyil, “siyasi” problemlərdir. Onun sözlərinə görə, Vaşinqtonun məqsədi “gərəkən sazişi” əldə etməkdir.

XS
SM
MD
LG