Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:59

Çin dünyanın 3-cü silah ixracatçısıdır


Pakistanın ABŞ-ın SIG Sauer şirkətindən aldığı silahlar
Pakistanın ABŞ-ın SIG Sauer şirkətindən aldığı silahlar

-

Çin dünyada silah ixracına görə Almaniya və Fransanı ötərək 3-cü yerə çıxıb. Birinci yerdə Birləşmiş Ştatlar, ikinci Rusiya gəlir.

Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutu (SIPRI) martın 16-da yaydığı illik hesabatda bildirir ki, 2014-cü ildə Birləşmiş Ştatlar adi silahların ixracının 31 faizini həyata keçirib. İkinci yerdə 27 faizlə Rusiya gəlir.

Çin isə 5 faizlə üçüncü yerdədir. Pekin cüzi fərqlə Almaniya və Fransanı geridə qoyub.

SIPRI bildirir ki, Çinin ixracının 41 faizi Pakistana gedib. Rusiyanın top alıcısı isə dünyanın aparıcı silah idxalçısı – Hindistan olub.

Ən çox müştəri Birləşmiş Ştatlara məxsusdur, Cənubi Koreya ABŞ silahlarının 9 faizini alır.

SIPRI-nın məlumatına görə, bu məlumat ixracın həcmini əks etdirir, silahların ümumi dəyərini deyil.

XS
SM
MD
LG