Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Qırğızıstan prezidenti Putinlə görüşəcək


Almazbek Atambaev və Vladimir Putin, arxiv foto
Almazbek Atambaev və Vladimir Putin, arxiv foto

-

Qırğızıstan prezidenti Almazbek Atambaev rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Sankt Peterburqa gəlib.

Atambaev martın 16-da Putinlə danışıqlar aparacaq. Tərəflərin Qırğızıstan-Rusiya əməkdaşlığı, birgə biznes layihələri, Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələlərini müzakirə edəcəyi gözlənir.

Qırğızıstanın baş naziri Joomart Otorbaev ötən həftə deyib ki, ölkəsi mayın 9-dək Moskvanın rəhbərlik etdiyi birliyin tam üzvü olmalıdır.

Bu arada Rusiya prezidentinin xəstələnməsi barədə şayiələr yayılıb. O, martın 5-dən ictimaiyyət arasında görünməyib, görüşlərini təxirə salıb.

Rusiya rəsmiləri onun səhhətinin qaydasında olduğunu dəfələrlə bildirib, ancaq uzun müddət görünməməsini şərh etməyib.

XS
SM
MD
LG