Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 06:25

Pakistanda partlayış olub, azı 10 nəfər ölüb


Pakistan xristianları

Pakistanın Lahor şəhərində iki kilsə yaxınlığında törədilmiş partlayışlar nəticəsində azı 10 nəfər ölüb.

Partlayışlar martın 15-də katolik və protestant kilsələrinin yaxınlığında törədilib. Azı 55 nəfər yaralanıb.

Hər iki partlayış insanların bazar günü ibadətinə axışdığı vaxtda olub.

Pakistandakı xristian icması daim silahlıların hədəfindədir.

Pakistanın Taliban qrupu partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

XS
SM
MD
LG