Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 11:08

Səfir Cekuta: «Hesab edirik ki, AzadlıqRadiosu işləməli və...»


Robert Cekuta

-

«Biz hesab edirik ki AzadlıqRadiosu işlәməli və jurnalist standartına ən uyğun şəkildə fəaliyyətini davam etdirməlidir».

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta AzadlıqRadiosu ilə bağlı martın 14-də Xarici İşlər və Vergilər nazirliklәrindә keçirilən görüşlərə münasibət bildirərkən belə deyib.

apa-nın məlumatına görə, səfir rəsmi qurumlarla müzakirə olunan istiqamətləri açıqlamayıb.

Martın 13-də səfir Robert Cekuta, ABŞ-ın Yayım Şurası İdarə Heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Jeffrey Trimble və AzadlıqRadiosunun maliyyə məsələləri üzrə vitse-prezidenti John Giambalvo xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Nümayəndə heyəti digər rəsmilərlə də görüşlər keçirib.

Səfir Robert Cekuta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı da cavablandırıb. O deyib ki, ABŞ ATӘT-in Minsk qrupunun həmsədri olaraq Minsk qrupunun fəaliyyətini dәstәklәmәkdә davam edir.

Səfir qeyd edib ki, bu, münaqişənin həlli istiqamətində mühüm formatdır: «Münaqişənin həlli münaqişə tərəflərinin üzərinə düşür. Bu sahədə onların şəxsi iradəsi olmalıdır və biz də Minsk qrupu çәrçivәsindә bu həll prosesini dәstәklәmәyә davam edəcəyik».

XS
SM
MD
LG