Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:11

Ukraynalı həkimləri Savchenko-nun yanına buraxdılar


Nadezhda Savchenko
Nadezhda Savchenko

-

Ukraynalı həkimlərin Rusiyada həbsdə olan Ali Rada üzvü, pilot Nadezhda Savchenko-nu müayinə etməsinə icazə verilib.

Bu haqda onun vəkili Mark Feygin «twitter»də məlumat verib. Bu məlumatı Ukrayna xarici işlər naziri Pavlo Klimkin də təsdiqləyib. O da «twitter»də yazıb: «Birgə səylər nəticəsində - Poroshenko-dan tutmuşkonsula qədər – ukraynalı həkimlər Nadezhda-nın yanındadırlar».

Ukrayna Rusiya həbsxanasında olan deputatın ukraynalı həkimlərlə görüşünə icazə verilməməsindən narazı idi.

Savchenko özü isə həftənin sonuna kimi ukraynalı həkimlərin onu müayinə etməsinə icazə verilməyəcəyi halda aclıq aksiyasını bərpa edəcəyini bildirmişdi.

Savchenko-nu Donbasda iki Rusiya jurnalistini öldürməkdə təqsirli bilirlər. O, ittihamları rədd edir.

XS
SM
MD
LG