Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:10

ABŞ senatoru: «Putin silahlanma yarışına girib»


Roger Wicker - 2014
Roger Wicker - 2014

-

ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə Komitəsinin sədri, ABŞ senatoru Roger Wicker Rusiyanın Ukraynanın şərqindəki separatçılara hərbi dəstək verməsindən və Moskvanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandırmasından narahatdır.

O, martın 13-də bildirib ki, Rusiyanın bu razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etməsindən məyus olub.

Komitə sədri Rusiyanın sazişdən NATO-nun hərəkətlərinə görə çıxması ilə bağlı arqumentlərini rədd edib. Onun sözlərincə, Rusiya prezidenti Vladimir Putin-in Ukraynaya dair siyasəti, Rusiya döyüş texnikası və hərbçilərinin Ukrayna ərazisində olması onu göstərir ki, o, silahlanma yarışı aparmaq istəyir. Komitə sədrinin fikrincə, bu da Avropada sabitlik üçün təhlükədir.

Moskva Qərbin və Kiyevin Rusiyanın Ukraynada separatçılara dəstək verməsi və Rusiya hərbçilərinin bu ölkədə döyüşməsi haqda dediklərini rədd edir. ​

XS
SM
MD
LG