Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:34

Rusiya Cənubi Osetiya ilə ittifaq və inteqrasiya müqaviləsi imzalayır


Vladimir Putin və Leonid Tibilov

Rusiya martın 18-də Gürcüstanın separatçı Cənubi Osetiya regionu ilə ittifaq və inteqrasiya müqaviləsi imzalamağı planlaşdırır.

Bu barədə martın 13-də Rusiya prezidenti Vladimir Putinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Gürcüstan ötən il Moskvanın onun digər separatçı bölgəsi Abxaziya ilə imzaladığı eyni müqaviləni ittiham edib və bunun heç bir hüquqi qüvvəsi olmadığını bəyan edib.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra bu separatçı bölgələri müstəqil dövlətlər kimi tanıyıb.

XS
SM
MD
LG