Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:40

İçərişəhərdə Novruz Festivalı başlayır


Novruz Festivalı - 20 mart 2014
Novruz Festivalı - 20 mart 2014

-

Martın20-dən 23-ə qədər «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi II Beynəlxalq Novruz Festivalı keçirəcək.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri də iştirak edəcəklər.

Məlumatı «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu yayıb.

Festival günlərində Qoşa Qala qapısı meydanında «Meydan bazarı» təşkil olunacaq.

«Meydan bazarı»nda yerli və xarici ölkə nümayəndələri iştirak edəcək. Hər bir ölkənin mədəniyyətini əks etdirən videoçarxlar, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.

PƏHLƏVANLAR, KƏNDİRBAZ VƏ SEHRBAZLAR ...

Martın 20-dən 23-dək hər gün səhər saatlarından pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehrbazlar öz məharətini göstərəcək. Uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara bayram əhval-ruhiyyəsi yaşadacaqlar.

Festival çərçivəsində hər gün Qoşa Qala,Qız Qalası meydanlarında və Əliağa Vahidin heykəli qarşısında konsert olacaq.

Martın 20-21-də «Qala» Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz şənlikləri keçiriləcək. Martın 20-21-də «Qala» Qoruğuna səyahət təşkil olunacaq. Qoşa Qala Qapısında qarşısından yola düşəcək nəqliyyat vasitələri Qalaya gedənlərə pulsuz xidmət göstərəcək.

XS
SM
MD
LG