Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:29

Edward Nalbandian: “Qarabağ Azərbaycandan daha azaddır”


Edward Nalbandian
Edward Nalbandian

Ermənistanın xarici işlər naziri Edward Nalbandian ATƏT Daimi Şurasının xüsusi iclasında etdiyi çıxışında deyib ki, “Freedom House” təşkilatının 2015-ci il üçün hesabatına baxdıqda Artsax fundamental azadlıqlar məsələsində Azərbaycandan çox irəlidədir”.

Nazir deyib ki, mayın 3-də “Dağlıq Qarabağ xalqı Milli Məclisi seçmək üçün artıq 6-cı dəfə özünün demokratik hüququndan istifadə edəcək”.

Ermənistan mediası xəbər verir ki, nazirin çıxışı əsas etibarilə “erməni soyqırımı”nın yaxınlaşmaqda olan 100 illiyinə həsr olunmuşdu.

Nalbandian erməni xalqının “indiyədək sağ qalmasını və dövlətçiliyini bərpa etməsini” möcüzəyə bənzədib.

Nazir həmçinin bildirib ki, Ermənistan prezidenti Türkiyə dövlət başçısını Yerevanda keçiriləcək “soyqırım”ı yadetmə tədbirlərinə dəvət etsə də, Ankara bu dəvəti cavabsız buraxıb.

O həmçinin Deir əl-Zordakı “Erməni soyqırımı” abidəsinin, bir neçə erməni kilsəsinin və başqa tarixi abidələrin İslam Dövləti yaraqlıları tərəfindən dağıdılmasını pisləyib.

Çıxışının sonunda Ermənistanın xarici işlər naziri Azərbaycanı təmas xətti boyunca atəşkəsi pozmaqda ittiham edib.

XS
SM
MD
LG