Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:25

Prokuror Sirac Kərimliyə 8 il istəyib


Sirac Kərimli
Sirac Kərimli

Prokuror martın 12-də Müsavat üzvü Sirac Kərimliyə 8 il həbs cəzası istəyib.

Məhkəmə prosesi martın 16-da müdafiə tərəfin çıxışı ilə davam etdiriləcək.

Sirac Kərimli Müsavat Partiyasının fəalı Raqif Kərimlinin oğlu və bu partiyanın sədr müavini Fərəc Kərimlinin qardaşıdır.

Fərəc Kərimli də həmin ittiham üzrə hazırda həbsdədir.

Sirac Kərimli 2014-cü il iyulun 17-də saxlanıb, böyük məbləğdə narkotik maddə əldə etmə və ya saxlama maddəsi ilə ittiham olunub.

Fərəc Kərimli isə eyni ittihamla iyulun 23-də həbs edilib və bundan sonra qiyabi olaraq Müsavat başqanının müavini seçilib.

Amnesty İnternational təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG