Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:01

Zaur Dadaevə işgəncə verildiyini düşünən hüquq müdafiəçisi ifadə verib


Andrey Babushkin
Andrey Babushkin

Kremildəki İnsan Haqları Şurasının üzvü Andrey Babushkin martın 12-də Nemtsovun qətliylə bağlı şahid qismində ifadə verməli olub.

O bundan bir gün əvvəl bu qətldə şübhəli bilinən Zaur Dadaevə işgəncə verilməsinin əlamətləri olduğunu demişdi.

Komitədə ona bildirilib ki, o şahid qismində dindirildiyinə görə, artıq bu işlə bağlı şübhəlilərə baş çəkə bilməz.

Zaur Dadaev və daha 2 şübhəli hazırda Lefortova həbsxanasında saxlanırlar.

Dadaev bundan əvvəl Nemtsovun qətlində əli olmasını etiraf etsə də martın 10-da ilkin ifadəsindən imtina edib və bunu təzyiq altında verdiyini deyib.

O bunu həbsxanada “Moskovskiy Komsomolets” qəzetinin müxbirinə deyib.

Babushkin deyir ki, müstəntiqlər ondan jurnalist Yeva Merkachyovanın da yerini soruşublar.

Müstəntiqlər bundan əvvəl onun evinə getsələr də jurnalisti orda tapa bilməyiblər.

İstintaq komitəsi hesab edir ki, Babushkinlə Merkachyova görüş barədə məlumat yaymaqla qanunu pozublar və bununla bağlı cinayət işi açıla bilər.

Zaur Dadaevin vəkili onun həbsindən şikayət verib.

Bu barədə Basman məhkəməsinin sözçüsü Anna Fafeeva məlumat verib.

Bundan əvvəl eyni işə görə həbs edilmiş Anzor Gubashev,Hamzat Bakhaev və Tamerlan Eskerkhanov da həbslərindən şikayət veriblər.

Hələlik yalnız Zaur Dadaevlə Anzor Gubashevə qarşı ittiham irəli sürülüb.

Şübhəlilərin hamısı Nemtsovun qətlində əlləri olmadıqlarını deyirlər.

Prezident Vladimir Putinin əsas tənqidçilərindən olan Nemtsov fevralın 27-də Moskvanın mərkəzində güllələnib.

XS
SM
MD
LG