Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 23:27

Ferqyusonda 2 polis güllələnib


Ferqyusonda etirazlar, arxiv foto

-

Ferqyuson Polis Departamentinin qarşısında iki polis zabiti güllələnib.

Hadisə martın 12-də səhər baş verib. Polis və etirazçılar polis idarəsinin rəhbəri Thomas Jackson-nun istefasından sonra idarənin qabağına toplaşıblar.

St.Louis-in polis rəsmisi Jon Belmar bildirib ki, polislərdən biri üzündən, digəri çiynindən güllə yarası alıb. Hadisə polis etirazçıları dağıdan zaman baş verib.

Belmar deyib ki, “polislər orda durublar və güllələniblər. Onlar polis olduqları üçün güllələniblər”.

Hər iki polis sağ qalıb.

Etirazçılar Jacksonun istefasını tələb edirdilər. Səbəb ötən ilin avqustunda ağdərili Ferqyuson polisi Darren Wilson-un qaradərili silahsız yeniyetməni güllələyib öldürməsi idi.

Bu qətl ölkədə etirazlar doğurmuşdu. Polisin özəlliklə qaradərililərə qarşı gücdən istifadə etməsinə diqqət yönəlmişdi.


XS
SM
MD
LG