Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:07

Azərbaycan əsgəri qətl törətdiyinə görə həbs edilib


Foto arxiv
Foto arxiv

Azərbaycanın Hərbi Prokurorluğu Azərbaycan əsgərinin ölümü ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N saylı hərbi hissənin əsgəri Anar Bayramovun ölümüylə bağlı martın 7-də cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış istintaq nəticəsində bəlli olub ki, həmin hərbi hissənin kiçik çavuşu Tural Bəyverdiyev qəsdən avtomat silahdan atəş açaraqAnar Bayramovu öldürüb.

Gəncə hərbi məhkəməsi martın 9-da Tural Bəyverdiyevin barəsində həbs qətimkan tədbiri seçib.

Araşdırma gedir.

XS
SM
MD
LG