Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 07:42

Ermənistan Avrasiya Birliyinin sammitində olmayacaq


Arxiv foto

-

Ermənistanın xarici işlər nazirinin müavini Shavarsh Kocharian ölkə liderinin Avrasiya İqtisadi Birliyinin gözlənən sammitində iştirak etməməsini kiçik məsələ sayır. Kocharian deyib ki, Serzh Sarkisian-ın martın 12-13-də Astanada olmaması Ermənistanın maraqlarına təsir göstərməyəcək.

Tədbirə Rusiya, Belarus prezidentləri Vladimir Putin və Alyaksandr Lukashenka gedir, Nursultan Nazarbaev də ev sahibidir.

Ermənistan liderinin iştirak etməməsinin səbəbi bəlli deyil. Yerevan birliyə bu ilin əvvəlində qoşulub.

“Bu üç ölkənin öz aralarında problemləri var, bunu gizlətmirlər və fikir ayrılıqlarını həll etməyə çalışırlar,” Kocharian deyib. “Biz yeni üzvük, birliyin heç bir üzvü, yaxud ümumilikdə özüylə problemimiz yoxdur”.

Ermənistan mediası yazıb ki, Sarkisian Astana görüşünə heç dəvət belə almayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG