Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 02:50

Demokratlar Respublikaçıların məktubundan narahatdır


Chris Coons (sağda)

-

Respublikaçıların İrana göndərdiyi məktub Konqresdə hazırlanan qanun layihəsinə ziyan vura bilər. Bu narahatlığı həmin layihənin Demokratlar partiyasından olan tərəfdarları dilə gətirib. Qanun layihəsi İranla mümkün sazişin Konqresdə baxılmasını tələb edir.

“Bu məktub danışıqlara hər iki partiyanın sadiqliyi barədə suallar doğurur,” Demokrat senator Chris Coons martın 10-da AzadlıqRadiosuna deyib. “Bu narahatlıq layihəyə hər iki partiyanın dəstəyini əngəlləyə bilər”.

Senator Tom Cotton və 46 respublikaçı İran liderlərinə açıq məktub göndərərək xəbərdarlıq edib ki, istənilən razılaşmanı gələcək Konqres və ya prezident ləğv edə bilər.

Ağ Ev respublikaçıları İranın sərt xətt tərəfdarları ilə eyni mövqedə ittiham edib. Respublikaçı senator Bob Corker və Demokrat Robert Menendez-in hazırladığı layihədə sazişi nəzərdən keçirmək üçün Konqresə 60 gün verilir. Ağ Ev layihəyə veto qoyacağı ilə hədələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG