Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:08

Kral Abdullah İslam Dövləti yaraqlılarını nasizmlə eyniləşdirib


İordaniya Kralı Abdullah
İordaniya Kralı Abdullah

İordaniyanın kralı Abdullah avropalıları islamla ədavətə qarşı mübarizə aparmağa çağırıb və bildirib ki, bu müsəlmanlar arasında ifratçılığa xidmət edir.

Abdullah martın 10-da Strasburqda Avropa Parlamentində çıxış edərkən deyib ki, Avropa yanvarda Parisdəki kimi yaraqlıların hücumlarına qarşı mərdlik, cəsarət nümayiş etdirdi.

Amma kral qeyd edib ki, Avropa hökumətləri qarşılıqlı hörmət və açıq cəmiyyətə üstünlük verməlidir.

“Başqa xalqlar, onların etiqad və əqidələrini təhqir eləmək irəliyə doğru yol deyil”.

Avropa bu sahədə vacib tərəfdaşdır, xüsusilə də dünyada islamafobiya ilə mübarizədə”

Kral Abdullah İslam Dövləti qrupunu nasizmlə müqaisə edib.

İslam Dövləti yaraqlıları ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq kolaisiyada İordaniya da iştirak edir.

XS
SM
MD
LG