Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 06:29

Fransada “Charlie Hebdo” basqını ilə bağlı yeni həbslər edilib


Fransa polisi “Charlie Hebdo” satirik jurnalı və yəhudi supermarketinə terrorçu basqınla əlaqədar dörd şübhəlini həbs edib.

Bu basqınlar nəticəsində 17 nəfər həlak olub.

Həbs edilənlərin – bir polis qadın və başqa üç nəfərin polislə atışmada həlak olmuş Amedy Coulibaly ilə əlaqəli olduğu güman edilir.

Polis aşkar edib ki, həbs edilənlərdən biri – Amar adlı şübhəli basqın zamanı supermarketin yaxınlığında olub.

Şübhəlilərin dördü barədə də həbs qətimkan tədbiri seçilib.

Həbs olunmuş polis qadın adı çəkilən Amarın sevgilisidir. O İslamı qəbul etmiş fransızdır.

XS
SM
MD
LG