Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:05

İraq kürd peşmərgələri Kərkükdəki İD qüvvələrini hədəfləyirlər


ABŞ-ın hava zərbələri ilə dəstəklənən İraq kürd peşmərgələri netflə zəngin Kərkük bölgəsində İD qüvvələri üzərinə hücuma başlayıblar.

Alınan xıəbərlərə görə, kürd qüvvələri şəhərin cənubundan keçən cəbhə boyunca hücuma keçiblər.

Bu arada İraq ordusu və şiə silahlıları İD cihadçılarını Tikrit şəhərindən vurub çıxarmağa çalışırlar.

Xəbər verilir ki, İD Tikrit üzərinə hücumu dayandırmaq üçün nəzarətində olan Mosuldakı qüvvələrinin bir hissəsini ora göndərib.

Bəzi xəbərlərə görə, Tikrit üzərinə hücum edən hökumət qoşunlarına İran kömək edir.

Kərkük və Tikrit cihadçıların nəzarətində olan iki əsas istehkamdır.

İraqın müdafiə naziri Khalid al-Obeidi deyib ki, o qoşunlara həm ABŞ, həm də İran tərəfindən dəstək verilməsindən məmnundur.

XS
SM
MD
LG