-
Yaponiyanın qərbində kiçik şəhərdə bir neçə nəfər bıçaqlanıb, beş nəfər həlak olub.
Martın 9-da səhər baş verən hücumlara görə 40 yaşlı bir kişi şübhəli bilinərək saxlanıb. Qətllərin motivi aydın deyil.
Öldürülənlər 60-80 yaşındadır, Sumoto şəhərində iki evin sakinləri olublar.
Polis saxlanan şəxsin qurbanlarının qonşusu olduğunu bildirir.