Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:25

İD-nin Xorsabada hücumları bildirilir


Hatrada turistlər, arxiv foto
Hatrada turistlər, arxiv foto

-

İraq rəsmiləri bildirirlər ki, İslam Dövləti (İD) silahlı qruplaşmasının martın 8-də İraqın şimalındakı Xorsabad arxeoloji əraziyə hücumları barədə məlumatlar araşdırılır. Bu, yaraqlıların qədim abidələr olan məkanlara üçüncü hücumudur.

İraqın Turizm və Tarixi Abidələr naziri Adel Shirshab deyib ki, yaraqlıların bu ərazidəki incəsənət əsərlərini məhv edəcəyi sarıdan narahatlıq var. Xorsabad İD-nin tutduğu Mosuldan 15 kilometr şimalşərqdə yerləşir.

Xorsabad sakinləri yaraqlıların bir sıra qiymətli abidələri oğurladığını xəbərləyiblər.

İD artıq UNESCO-nun mədəni irs siyahısına daxil olan Nimrud və Hatranı dağıdıb.

XS
SM
MD
LG