Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:14

Polisləri Obama haqda irqçi e-maillərə görə işdən qovdular


Missouri ştatında, Ferguson-da iki polis zabiti - kapitan Rick Henke və serjant William prezident Barack Obama haqda irqçi e-mailə görə işdən qovulublar.

Onlar e-mail-də Obamanı şimpanzeyə oxşadıblar.

Məktubları Ədliyyə Nazirliyinin Ferguson Polisində irqçiliyin geniş yayılması haqda iddiaları araşdıran qrupu aşkar edib.

Bundan əvvəl yerli məhkəmənin yüksək vəzifəli əməkdaşı Mary Ann Twitty də eyni səbəblə işdən azad edilmişdi.

Bəzi emaillərdə isə prezidentin xanımı haqda irqçi fikirlər yer alıb.

Ferguson polisində araşdırma silahsız qaradərili gəncin polis əməkdaşı tərəfindən qətlindən sonra başlayıb.

XS
SM
MD
LG