Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:02

Putin özünün və Medvedevin maaşını azaltdı


Putin (sağda) və Medvedev
Putin (sağda) və Medvedev

Rusiya prezidenti Vladimir Putin öz maaşını 10 faiz azaldıb. Eləcə də baş nazir Dmitry Medvedevin və digər yüksək vəzifəli məmurların maaşını.

Bu qərar baş prokuror Yuriy Chayka, Federal Təhlükəsizlik Bürosunun, Federal Miqrasiya Xidmətinin rəhbərləri, eləcə nazirlər və onların müavinlərini əhatə edir.

Bu haqda BBC məlumat verir.

Cümə günü isə prezident mayın 1-dən prezident administrasiyası, hökumət aparatı və Hesablama Palatasının üzvlərinin maaşının 10 faiz azaldılması haqda fərman vermişdi.

Ukrayna məsələsinə görə Qərbin sanksiyaları ilə üzləşən, eləcə də neftin ucuzlaşması, rublun dəyərinin azalması səbəbindən Rusiyada iqtisadi vəziyyət pisləşib.

XS
SM
MD
LG