Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Dövlət komitəsi 17 maşını satışa çıxarır


Foto: Arxiv
Foto: Arxiv

-

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) martın 31-də və aprelin 7-də avtomobil hərracı keçirəcək.

Komitənin rəsmi saytında verilən məlumata görə, hərraca istehsal ili 1992-cü ildən 2007-ci ilə qədər olan 17 maşın çıxarılacaq.

Avtomobillərin arasında «Chevrolet Epica», «Mercedes Benz 300», «Nissan Maxima», «Hyundai H-1», «BMW 760» və «BMW 740» var.

Xarici markalı avtomobillərin start qiyməti istehsal ilindən və markasından asılı olaraq 3600-11 000 manat arasında dəyişir.

Hərraca çıxarılan UAZ markalı maşınların start qiyməti 1600 manatdan başlayır.

Hərracda iştirak etmək istəyənlər məbləğin 10 faizi həcmində behi əvvəldən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürməlidir.

XS
SM
MD
LG