Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:35

Dövlət sirrini yayanlara qarşı cəza sərtləşdirildi


Milli Məclis
Milli Məclis

-

Parlamentin martın 6-da keçirilən iclasında Cinayət Məcəlləsinə dövlət sirrinin açıqlanmasına görə məsuliyyəti sərtləşdirən düzəlişin edilməsi məsələsi müzakirə olunub.

Qanun layihəsinə görə, bundan sonra şəxsin dövlət sirrini yaymasına görə 3 ildən 6 ilədək müddətə müəyyən azadlıqdan məhrumetmə cəzası veriləcək. Öncə bu müddət 2 ildən 5-ilədək idi. Ancaq dövlətə xəyanət əlamətləri varsa, bu zaman mühakimə başqa maddəylə aparılır.

Eyni əməllər ağır nəticələrə səbəb olduqda 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə (284.2-ci maddə) ilə cəzalandırılacaq. Bundan öncə bu maddə 3 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tuturdu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, məqsəd sözügedən qanunu təkmilləşdirməkdir:

«Təklif olunan dəyişikliklər dövlət sirri haqqında qanunvericiliyi təkmilləşdirməyə imkan verir. Hesab edirəm ki, müstəqilliyimizin bu məqamında dövlət sirrini yaymağa görə sanksiyaların sərtləşdirilməsi məqsədə müvafiqdir».

Cinayət Məcəlləsinə dəyişikliklər qəbul edilib.​

XS
SM
MD
LG