Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:03

«Amnesty International» Avropa Oyunlarını boykota çağırmadığını deyir


«Amnesty International»
«Amnesty International»

-

«Amnesty International» Bakı 2015 I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.

Trend-in xəbərinə görə, bu barədə «Amnesty International»ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri John Dalhuisen-in məlumatında deyilir:

««Amnesty International»ın «Guilty of Defending Rights: Azerbaijan's human rights defenders and activists behind bars» sərlövhəli məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayıldı. Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb».

Bakı-2015 Avropa Oyunları 12-28 iyun tarixləri arasında keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının yarışacağı gözlənilir.

XS
SM
MD
LG