Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:54

Xədicə İsmayılın həbs müddəti daha 2 ay uzadıldı


Xədicə İsmayıl

-

Jurnalist Xədicə İsmayılın həbsdə saxlanma müddəti mayın 24-dək uzadılıb. Qərarı martın 6-da Nəsimi rayon Məhkəməsi çıxarıb.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Yalçın İmanov məlumat verib.

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl ötən ilin dekabrında özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq maddələri ilə yeni ittihamlar elan olunub.

Son ittihamlar QHT-lərə açılan cinayət işində AzadlıqRadiosunun ofisində aparılan yoxlamalarla bağlıdır. Vəkil Yalçın İmanov həmin yoxlamalarla əlaqədar şahid qismində ifadə verib. Qanunla eyni cinayət işində şahid qismində cəlb olunan şəxs bu iş üzrə ittiham olunan başqa şəxsin hüquqlarını qoruya bilməz. Bu səbəbdən Yalçın İmanovun jurnalistin müdafiəsindən uzaqlaşdırılacağı gözlənilir.

İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir.

Xədicə İsmayıl ona qarşı irəli sürülən ittihamları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG