Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 11:04

Tacikistanın müxalifət lideri Türkiyədə öldürülüb


Umarali Quvatov-un öldürüldüyü küçə

-

Tacikistanın müxalifət siyasətçisi və biznesmen Umarail Quvatov Türkiyədə öldürülüb.

Türkiyə və Rusiya mediası yazır ki, Quvatov İstanbulda başından güllələnib.

Tacikistanın xarici İşlər Nazirliyinin rəsmisi hələlik şərh verməkdən imtina edib.

Biznes maqnatının vaxtilə Prezident Emomali Rakhmon-la sıx münasibətləri olub, sonra onun opponentinə çevrilib. Quvatov Düşənbədə saxtakarlıq ittihamları ilə axtarışda idi. O, ittihamların siyasi motivli olduğunu deyirdi.

Quvatov-un Group 24 siyasi təşkilatı oktyabrda qadağan olunub, hökumət bu qurumu ekstremist adlandırıb.

Tacikistan Türkiyədən Quvatov-un ekstradisiyasını istəmişdi.

XS
SM
MD
LG