Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:01

AB xarici işlər nazirləri Ukrayna münaqişəsindən danışır


Donetskdə evi dağıdılmış kişi əşyalarını daşıyır
Donetskdə evi dağıdılmış kişi əşyalarını daşıyır

-

Martın 6-da Avropa Birliyinin xarici işlər nazirləri Latviyanın paytaxtı Riqada iki günlük qeyri-rəsmi danışıqlara toplaşır. Ukrayna münaqişəsinin əsas müzakirə mövzusu olacağı gözlənir.

AB-nin Rusiya ilə gərginləşən münasibətləri də götür-qoy ediləcək. Qərb Moskvanın Ukraynaya əsgər və texnika göndərdiyini bildirir, Rusiya isə təkzib edir.

Qurumun xarici siyasət rəhbəri Federica Mogherini toplantı ərəfəsində deyib ki, nazirlər Rusiyaya separatçılara göstərdiyi dəstəyə görə əlavə sanksiyaları nəzərdən keçirə bilər.

AB üzvləri Ukraynaya beynəlxalq sülhməramlıların göndərilməsini də müzakirə edəcək. Bunu isə qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə təmsilçisi Maya Kosyanchich söyləyib.

XS
SM
MD
LG