Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 03:18

İD yaraqlıları qədim Nimrudu dağıdır


Nimrud

-

İraq hökuməti bildirir ki, İslam Dövləti (İD) qruplaşması yaraqlıları qədim Assuriya şəhəri olan Nimrudun qalıqlarını buldozerlə dağıdır. İraqın şimalında yerləşən Nimrudun dağıdılmasına martın 5-də günorta namazından sonra başlanıb. Məlumatı İraqın Turizm və Tarixi Abidələr Nazirliyi yayıb. Mosuldan 30 kilometr cənubşərqdə yerləşən şəhərdəki incəsənət abidələrinin daşınması üçün əraziyə yük maşınları gətirilib.

3300 il əvvəl Dəclə çayının sahilində salınmış tarixi şəhərdə dağıntının miqyası bəlli deyil. Bu şəhər Assuriya erasının incilərindən sayılırdı.

Bir həftə əvvəl İD Mosul muzeyində qiymətli abidələrin dağıdıldığını göstərən video yayıb.

XS
SM
MD
LG