Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 20:05

İtaliyanın baş naziri Matteo Renzi Rusiyaya səfəri zamanı müxalifət lideri Boris Nemtsovun öldürüldüyü yerə baş çəkib, qələnfillər qoyub.

Boris Nemtsov fevralın 27-də Kremlin yaxınlığında öldürülüb.

Bundan sonra baş nazir prezident Vladimir Putin və baş nazir Dimitry Medvedevlə görüşüb.

Görüşlərdə əsasən Ukrayna böhranı fonunda Avropa Birliyi ilə Rusiya arasındakı münasibətlər müzakirə olunub.

Renzi bundan əvvəl-martın 4-də KiyevdəUkrayna prezidenti Petro Poroshenko ilə görüşüb.

Səfərdə məqsəd Ukraynanın şərqindəki münaqişənin həllinə kömək eləmək və sanksiyaların aradan qaldırılması əvəzində Rusiyanı əməkdaşlığa çağırmaqdır.

ABŞ və Avropa Birliyi Ukrayna böhranına görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günühlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG