Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:24

Rusiyalı deputat Coco-Cola və McDonalsı qadağan etməyə çağırır


Aleksei Pushkov
Aleksei Pushkov

Rusiyalı deputat Coco-Cola və McDonals məhsullarının ölkədə satışının qadağan edilməsini təklif edib.

Bunu Dövlət Dumasındakı xarici işlər komitəsinin sədri Aleksei Pushkov martın 5-də özünün Twitter səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi Ukrayna böhranına görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Həmçinin Rusuya buna cavab olaraq Qərbdən bir sıra malların idxalına qadağa qoyub.

McDonals şəbəkəsinin Rusiyadakı bir sıra restoronları ötən il istehlakçıların müdafiəsi baxımndan müvəqqəti bağlanıb.

Amma bir çox müşahidəçilər bunun siyasi motivli olduğunu düşünürlər.

Pushkov özünün Twitter səhifəsində vaxtaşırı Birləşmiş Ştatları tənqid edir.

XS
SM
MD
LG