Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:56

Tsarnaev-in vəkili etiraf edir


Boston marafonundan sağ çıxan kişi (solda) məhkəmədən sonra
Boston marafonundan sağ çıxan kişi (solda) məhkəmədən sonra

-

Martın 4-də 2013-cü ildə Boston marafonundakı partlayış üzrə məhkəmə başlanıb. Partlayışda ittiham olunan etnik çeçenin vəkilləri onun hücumu həyata keçirdiyini etiraf ediblər.

21 yaşlı, Qırğızıstanda doğulmuş Dzhokhar Tsarnaev ABŞ vətəndaşıdır, təqsiri sübuta yetirilsə, ölümə cəzası ala bilər. Boston marafonunda 3 nəfər həlak olub, 264 nəfər yaralanıb. Tsarnaev həmçinin bir polis zabitini öldürməkdə təqsirli bilinir.

Tsarnaev-in vəkili Judy Clarke məhkəmədə deyib ki, bombanı qoyan “o, olub”.

Ancaq vəkil Tsarnaev-in böyük qardaşı tərəfindən radikallaşdırıldığını, idarə olunduğunu söyləyib. Qardaşı Tamerlan Tsarnaev hadisədən 4 gün sonra polislə atışmada öldürülüb.

Bu arqument əsaslandırılsa, Dzhokhar Tsarnaev ölüm cəzası deyil, ömürlük həbsə məhkum edilə bilər.


XS
SM
MD
LG