Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 21:00

-

İnsan haqları təşkilatlarının çağırışlarına baxmayaraq, İran altı kürdü edam edib. Norveçdə mənzillənən İran İnsan Haqları qrupu bildirir ki, sünni müsəlmanlar martın 4-də səhər edam olunublar.

Martın 3-də Amnesty International Tehranı çağırıb ki, onların həyatını bağışlasın. “Allaha qarşı düşmənçilik” yaymaqda təqsirli bilinən məhbuslar aclıq aksiyası keçirirdilər.

Məhbslardan dördü ­- Hamed Ahmadi, Jahangir Dehghani, Jamshid Dehghani və Kamal Molaee 2009-cu ilin sentyabrında sünni ruhanini öldürməkdə təqsirli bilinib. Ancaq özləri iddia edirlər ki, həmin qətldən bir neçə ay öncə saxlanıblar.

Hazırda İranda 33 sünni ölüm hökmünə məhkum edilib. Çoxu deyir ki, sadəcə inanclarını təbliğ etdiklərinə görə həbs olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG