Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 02:19

Cənubi Koreyada ABŞ səfiri bıçaqlanıb


Cənubi Koreyada təlim, arxiv foto

-

Martın 5-də ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert-ə hücuma olub. O, Seulda ictimai foruma qatılıbmış. Lippet-in fotosunda sağ əli və üzündə qan izləri var, eləcə də sol əli qan içindədir.

Cənubi Koreya prezidenti Park Geun-hye deyib ki, Amerika səfirinə hücum “Cənubi Koreya-ABŞ alyansına hücumdur”.

Ağ Evin məlumatına görə, Lippert-in həyatına təhlükə yoxdur və hazırda xəstəxanada müalicə alır.

Hücum edən şəxs saxlanıb. 55 yaşlı Kim Ki-Jong solçu millətçidir. 2010-cu ildə Yaponiyanın səfirinə daş atdığı üçün məhkum edilib.

Bu həftə Birləşmiş Ştatlar və Cənubi Koreya illik birgə hərbi təlimlərə başlayıblar. Bu, Şimali Koreya ilə gərginliyi artırıb.

XS
SM
MD
LG