Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 17:13

Azərbaycan nefti ötən ay 17,5 faiz bahalaşıb


Azerbaijan -- oil production in Azeri-Chyrag-Guneshli platform

Azərbaycan ötən ay neft istehsalını artırıb.

Fevralda dünya bazarına 2 milyon tona yaxın xam neft ixrac edib.

Dövlət Neft Şirkətinin məlumatına görə, bunun 84 min 807 tonu Bakı-Novorossiysk limanı, 254 min 179 tonu Supsa limanı 1 milyon 630 min 350 tonu isə Ceyhan limanı ilə ixrac olunub.

Azərbaycan bu ilin yanvarında Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarına 1 milyon 697 min 768 ton xam neft ixrac edib.

Azərbaycan neftinin 1 bareli fevralda ABŞ-da 59,99 dollara satılıb.

Qeyd edək ki, yanvarda Azərilayt markalı neftin bir bareli 49, 53 dollar idi.

Bu Azərbaycan neftinin ötən ay 17,5 faiz bahalaşdığını göstərir.

XS
SM
MD
LG