-
Martın 4-də Bakı Apellyasiya Məhkəməsi «Nida» Hərəkatının üzvü, məhbus Orxan Eyyubzadə barədə hökmü qüvvədə saxlayıb.
Oktyabrın 15-də Binəqədi rayon Məhkəməsi Orxan Eyyubzadənin 2 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Məhkəmənin bu hökmündən apellyasiya şikayəti verilib.
Prosesdə Orxan Eyyubzadənin özü də iştirak edib. O, ifadəsində məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib.
Məhkəmə şikayəti təmin etməyib, 2 il həbs cəzası qüvvədə qalıb.
Orxan Eyyubzadə polisə müqavimət ittihamı ilə ötən ilin mayında tutulub.