Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

«Azərbaycan» Nəşriyyatı çap xərclərini artırıb, qəzetlər bahalana bilər


Rahim Hacıyev
Rahim Hacıyev

-

«Azərbaycan» Nəşriyyatı martın 1-dən çap xərclərini 20 faiz artırılıb. Qurumun baş direktor müavini Bəsti İsmayılova «Amerikanın Səsi»nə belə deyib.

Bəsti İsmayılova bildirib ki, bütün poliqrafiya materialları xaricdən alınır və xarici bazarlarda qiymətlər orta hesabla 35-40 faiz artıb.

Baş direktorun müavini bununla bağlı nəşriyyatda yerləşən redaksiyalara xəbərdarlıq məktubu ünvanlandığını deyib.

Ölkənin çoxtirajlı qəzetlərindən olan «Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev vəziyyətdən minimum itki ilə çıxış yolunu qəzetinin qiymətinin artırılmasında görür:

«Son illər ərzində qəzet yayımına yaradılan ciddi problemlər, reklamın ümumiyyətlə olmaması vəziyyətimizi son dərəcə ağırlaşdırıb. Manatın devalvasiyasının nəticəsi kimi meydana çıxan qiymət artımı vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Mövcud vəziyyət fəaliyyətimizi davam etdirmək üçün, çox effektiv də olmasa, müəyyən variantları nəzərdən keçirməyi tələb edir. Onlardan biri də qəzetin qiymətinin artırılmasıdır. Biz bunu çıxış yolu kimi qiymətləndirməsək də, yaranmış vəziyyətdə mümkün variant hesab edirik».

XS
SM
MD
LG