Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:51

Netanyahu Konqresdə çıxış edəcək


Netanyahu Vaşinqtonda konfransda çıxış edir
Netanyahu Vaşinqtonda konfransda çıxış edir

-

İsrailin baş naziri Benjamin Netanyahu martın 3-də ABŞ Konqresində çıxış edəcək və əsas diqqəti İranla müzakirə olunan nüvə sazişinə yönəldəcək. Martın 2-də Vaşinqtonda İsrail tərəfdarları qarşısında çıxışında deyib ki, bu razılaşma İsrailin mövcudluğuna təhlükə yarada bilər.

Netanyahu onu da vurğulayıb ki, ölkəsi ilə Birləşmiş Ştatların münasibətləri “həmişəkindən güclüdür” və böhran içində deyil.

Prezident Barack Obama isə Reuters agentliyinə müsahibəsində Netanyahu-nun narahatlığını bölüşmədiyini söyləyib. Onun sözlərinə görə, baş nazir təkid edir ki, İran 2013-cü il aralıq razılaşmasına əməl etməyəcək və 50 milyard dollarlıq sanksiyalar isə yumşaldılacaq.

Respublikaçılar Obama ilə məsləhətləşmədən Netanyahu-ya dəvət göndəriblər. Onun çıxışı ilə eyni vaxtda ABŞ Dövlət katibi John Kerry İsveçrədə İranla danışıqları davam etdirir.

XS
SM
MD
LG