Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:27

Ukrayna hərbiyyəsi: Separatçılar atəşkəsdən qruplaşmaq üçün istifadə edirlər


Ukrayna hərbçilərri bildiriblər ki, ötən bazar ölkənin şərqində atəşkəs rejiminə tam əməl olunub, lakin separatçılar atəşkəsdən hökumət qoşunları üzərinə yeni hücumlar etmək məqsədilə öz qüvvələrini təkrar qruplaşdırmaq üçün ifadə edirlər.

Hər iki tərəfin öz ağır silahlarını cəbhə xəttindən geri çəkməsi uzunmüddətli sülhün bərqərar edilməsinə ümidlər yaradır.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Andriy Lysenko deyib ki, separatçılar gündüz geri çəkdikləri texnikanı gecələr əvvəlki mövqelərinə gətirirlər.

Sözçü deyib ki, separatçıların Mariupolvə Donetskdən şimaldakı Artyomovsk üzərinə hücuma hazırlaşdıqlarını göstərən əlamətlər var.

Lysenko deyib ki, qiyamçılar şənbə günü hökumət qoşunlarının mövqelərini 34 dəfə atəşə tutublar.

Öz növbəsində qiyamçılar bildirirlər ki, Ukrayna tərəfi son 24 saat ərzində Donetsk bölgəsini 26 dəfə atəşə tutub.

Separatçıların komandanlarından Eduard Basurin bildirib ki, onlar ağır texnikanı cəbhə xəttindən ATƏT-in müşahidəsi altında geri çəkirlər.

Bununla belə, qiyamçılar öz texnikalarını çəkdikləri son məntəqəyə ATƏT nümsayəndələrini buraxmırlar.

XS
SM
MD
LG