-
Təhsil Nazirliyindən lent.az-a verilən məlumata görə, bu il orta məktəblərdə yaz tətili martın 17-dən başlayacaq. Tətil müddəti martın 24-dək müəyyən edilib.
Nazirlər Kabinetinin verdiyi qərara əsasən isə, bu il martın 20-dən 28-nə (martın 28-i daxil olmaqla) qədər Azərbaycanda Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olacaq.
Bu isə məktəblilərin əlavə 4 gün də istirahət etməsinə şərait yaradacaq.