Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:24

İsa Qəmbər Boris Nemtsov-u belə xatırladı


İsa Qəmbər
İsa Qəmbər

-

Müsavat Partiyasının lideri İsa Qəmbər «facebook» səhifəsində Boris Nemtsov-la görüşdüyünü yazır:

«Rusiyanın ən parlaq ictimai-siyasi xadimlərindən biri Boris Nemtsov öldürüldü. Onunla görüşlərim, söhbətlərim mənə əsas verirdi ki, B.Nemtsov-u həm də gələcəkdə demokratik Azərbaycanla demokratik Rusiya münasibətlərinin qurulmasına hazır ən yetkin dövlət adamlarından biri kimi dəyərləndirim.
Bu qəddar siyasi qətl Putin rejiminin iflasını sürətləndirəcək».

Rusiyada müxalifət liderlərindən biri olan Boris Nemtsov fevralın 27-də qətlə yetirilib.

XS
SM
MD
LG