Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Gürcüstanda Sovet işğalının növbəti ildönümü qeyd olunur


Foto arxiv
Foto arxiv

Gürcüstanda 1921-ci il Sovet işğalının növbəti ildönümü qeyd olunur.

Rəsmilər paytaxt Tbilisidə həmin savaşda həlak olan kursantların abidəsi önünə əklil qoyublar.

Bu münasibətlə Tbilisi və ölkənin digər yerlərində mərasimlər keçirilib.

Qızıl ordu 1921-ci il fevralın 17-də Gürcüstana daxil olaraq yerli hakimiyyəti devirib və ölkəni işğal edib.

İşğala qarşı çıxan yerli kursantlar fevralın 25-də Tbilisi ətrafında Qızıl ordu tərəfindən məhv edilib.

Gürcüstan parlamenti2010-cu ildəfevralın 25-nin hər il Sovet işğalı günü kimi qeyd edilməsinə səs verib.

XS
SM
MD
LG